logo
BSU-nun rektoru və professor-müəllim heyəti NDU-da keçirilən inklüziv təhsilə dair Respublika elmi konfransında iştirak ediblər

BSU-nun rektoru və professor-müəllim heyəti NDU-da keçirilən inklüziv təhsilə dair Respublika elmi konfransında iştirak ediblər

BSU-nun rektoru və professor-müəllim heyəti NDU-da keçirilən inklüziv təhsilə dair Respublika elmi konfransında iştirak ediblər BSU-nun rektoru və professor-müəllim heyəti NDU-da keçirilən inklüziv təhsilə dair Respublika elmi konfransında iştirak ediblər

Martın 5-də Bakı Slavyan Universitetinin (BSU) həmsədrliyi ilə Naxçıvan Dövlət Universitetinin (NDU) Magistratura və doktorantura mərkəzində keçirilən “İnklüziv təhsil: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda I Respublika Elmi konfransı çərçivəsində panel iclası keçirilib. İclasda BSU-nun rektoru Anar Nağıyev, NDU-nun rektoru Elbrus İsayev, Milli Məclisin deputatı, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, tərəfdaş universitetlərin nümayəndələri, müəllim və tələbələr iştirak ediblər.

BSU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Piralı Əliyev moderatorluğu ilə keçirilən panel müzakirələrində çıxış edən BSU-nun rektoru Anar Nağıyev, Naxçıvan Dövlət Universitetinin müasir təhsil tələblərinə uyğun, innovativ yanaşmalarla fəaliyyət göstərən və yüksək təşkilati tədbirləri ilə seçilən bir ali təhsil müəssisəsi olduğunu vurğulayıb. Rektor xüsusilə NDU-nun 20%-lik əcnəbi tələbə kontingenti və universitetin inklüziv təhsil sahəsindəki təşəbbüslərini yüksək qiymətləndirmişdir. Eyni zamanda, BSU-nun 2022-ci ildən həyata keçirilən "İnklüziv təhsildən inklüziv cəmiyyətə" layihəsi haqqında məlumat verərək, bu layihənin pedaqoji kadr hazırlığı prosesində inklüziv təhsil sahəsində mütəxəssislərin yetişdirilməsini dəstəklədiyini qeyd edib. Anar Nağıyev, həmçinin NDU-da yeni açılmış “İnklüziv Təhsil Mərkəzi” nin açılışının gələcəkdə daha uğurlu layihələrə yol açacağına inandığını bildirmiş və NDU-nun Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində həyata keçirdiyi tədbirləri təqdir etmişdir. A.Nağıyev çıxışında bu tədbirlərin dövlət siyasətinə uyğun olaraq milli və mənəvi dəyərlərin qorunmasına xidmət etdiyini vurğulayıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev isə universitetinin çoxşaxəli kadr hazırlığı və inklüziv təhsil sahəsindəki fəaliyyətlərinə diqqət çəkmişdir. O, BSU ilə imzalanan memorandumun təhsil və tədqiqat sahələrində əməkdaşlığın daha da möhkəmlənməsinə, inklüziv təhsil üzrə fəaliyyətin koordinasiyasına və Qərbi Azərbaycan mövzusunda birgə tədqiqatların aparılmasına təkan verəcəyinə inandığını bildirmişdir.

Milli Məclisin deputatı, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə birgə əməkdaşlığın hər iki universitetin həyatında əlamətdar olacağını bildirib. BSU və NDU arasında əlaqələrin elmin, təhsilin və ictimai fəallığın inkişafında yeni fikir və idealar qazandıracağını söyləyib. Millət vəkili fikirlərinə NDU-nun ali təhsil ocağı kimi özünəməxsus, yaddaqalan uğurlara imza atdığını və bundan sonra da ölkə təhsilində öncül rolunu davam etdirəcəyinə inandığını əlavə edib.

Tədbir zamanı BSU və NDU arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin məqsədi İnklüziv təhsil sahəsində tədrisin inkişafı və keyfiyyətinin artırılması, Qərbi Azərbaycan mövzusunda birgə tədqiqatlar və elmi fəaliyyətin koordinasiyasının aparılması,tədris metodlarının və təhsil məzmununun təkmilləşdirilməsi üçün birgə fəaliyyətin təşkil edilməsidir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media