https://innews.media/uploads/news/2025-03/_innews_174e0800ff63c61f9275ba38e_o.jpg
Ukrayna Premyer Liqasında 19-cu turun oyunları keçirilir.
Milli komandamızın yarımmüdafiəçisi Emil Mustafayevin çıxış etdiyi “Çernomorets” evdə “Levıy Bereq”lə qarşılaşıb.
Meydana start heyətində çıxan Mustafayev 73-cü dəqiqədə əvəzlənib. Millimizin 23 yaşlı üzvü 53-cü dəqiqədə sarı vərəqə alıb. “Çernomorets” isə bu matçdan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.
Hazırda 15 xalı olan Odessa klubu turnir cədvəlində 15-cidir.
Ən son xəbərləri səhifəmizdən də izləyin