logo
Deputatlarımız beynəlxalq tədbirdə iştirak edəcəklər

Deputatlarımız beynəlxalq tədbirdə iştirak edəcəklər

Deputatlarımız beynəlxalq tədbirdə iştirak edəcəklər Deputatlarımız beynəlxalq tədbirdə iştirak edəcəklər

Milli Məclisin deputatları Soltan Məmmədov və Vüqar Bayramov sentyabrın 16-da Fransanın paytaxtı Parisə səfər edəcəklər.

Millət vəkilləri Beynəlxalq Astronavtika Federasiyasının 73-cü Konqresi çərçivəsində keçiriləcək Federasiyaya üzv ölkələrin nazirləri və parlament üzvlərinin 12-ci beynəlxalq iclasında iştirak edəcəklər.

Tədbir “Hamı üçün kosmos: problemlərin aradan qaldırılması üçün  ictimaiyyəti və siyasətçiləri cəlb etmək” mövzusuna həsr olunub. Yığıncaqda kosmik məkanda  təhlükəsizliyin təmin edilməsi, kosmik fəaliyyətin əhəmiyyəti, bu sahədə ictimaiyyətin maarifləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Deputatlarımız tədbirdə müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.

Səfər sentyabrın 21-də başa çatacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media