logo
Azərbaycanlı müəllifin nağılı udmurt dilində

Azərbaycanlı müəllifin nağılı udmurt dilində

Azərbaycanlı müəllifin nağılı udmurt dilində Azərbaycanlı müəllifin nağılı udmurt dilində

Rusiya Federasiyasında udmurt dilində həftəlik nəşr olunan “Zeçbur!” (Salam!) uşaq və yeniyetmələr qəzetinin 27 fevral 2025-ci il tarixli, 8 (4407) nömrəli sayında AMEA-nın “Elm” nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin qələmə aldığı “Dovşan, pişik və kirpi niyə Müjdəyə çox sağol dedi?” nağılı dərc edilib. Nağılın tərcüməçisi qəzetin baş redaktoru Antonida Yermolina, illüstrasiyanın müəllifi isə gənc rəssam Yekaterina Menzaripovadır.

Xatırladaq ki, sözügedən nağıl ötən il “Qanun” nəşriyyatı tərəfindən keçirilən “Müasir Azərbaycan nağılları” müsabiqəsində birinci yerə layiq görülüb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media