logo
Milli Məclisin deputatları Tacikistanda seçkiləri müşahidə edəcəklər

Milli Məclisin deputatları Tacikistanda seçkiləri müşahidə edəcəklər

Milli Məclisin deputatları Tacikistanda seçkiləri müşahidə edəcəklər Milli Məclisin deputatları Tacikistanda seçkiləri müşahidə edəcəklər

Milli Məclisin deputatları Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasına keçiriləcək seçkiləri izləmək məqsədilə fevralın 28-də bu ölkənin paytaxtı Düşənbə şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində  Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə və deputat  Anatoliy Rafailov MDB Parlament Assambleyasının, deputat Azər Badamov isə MDB İcraiyyə Komitəsinin xətti ilə  Tacikistanda martın 2-də baş tutacaq seçkilərə hazırlıq prosesini izləyəcək və  seçki günü  məntəqələrdə vətəndaşların fəallığını müşahidə edəcəklər.

Səfər martın 3-də başa çatacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin