logo
BDU-da “Xocalı soyqırımı - XX əsrin ən dəhşətli faciəsi” adlı foto və kitab sərgisi

BDU-da “Xocalı soyqırımı - XX əsrin ən dəhşətli faciəsi” adlı foto və kitab sərgisi

BDU-da “Xocalı soyqırımı - XX əsrin ən dəhşətli faciəsi” adlı foto və kitab sərgisi BDU-da “Xocalı soyqırımı - XX əsrin ən dəhşətli faciəsi” adlı foto və kitab sərgisi

Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı - XX əsrin ən dəhşətli faciəsi” adlı foto və kitab sərgisi açılıb.

Sərgidə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, Ermənistanın hərbi-siyasi cinayətləri, həyata keçirdiyi işğalçılıq siyasətini tarixi faktlarla sübuta yetirən 50-yə yaxın nəşr nümayiş olunur. Sərgidə həmçinin Xocalı ağrısını özündə əks etdirən 30-dək tarixi fotoşəkil də təqdim olunur.

Xocalıda baş verənlərin xatırlanması, yaddaşların təzələnməsi məqsədi daşıyan sərgi həftənin sonunadək ziyarətçilərin üzünə açıq olacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media