https://innews.media/uploads/news/2025-02/_innews_38d26de826e41034c2bcf38c0_o.jpg
Fevralın 21-də Sumqayıt Dövlət Universitetində, Mükəmməllik Mərkəzinin təşkilatçılığı ilə tələbələrin natiqlik bacarıqlarını inkişaf etdirmək məqsədilə təlim keçirilib.
Təlimdə “Natiqlik” klubunun rəhbəri Murad Hümbətov və təlimçi Səddan Səfərov spiker qismində çıxış edərək, effektiv danışıq bacarıqları və auditoriya qarşısında inamlı çıxış etməyin yolları haqqında dəyərli biliklər paylaşıblar.
Təlim iştirakçıları üçün faydalı və interaktiv keçib!
Ən son xəbərləri səhifəmizdən də izləyin