logo
İstanbul derbisinin hakimləri açıqlandı

İstanbul derbisinin hakimləri açıqlandı

İstanbul derbisinin hakimləri açıqlandı İstanbul derbisinin hakimləri açıqlandı

Türkiyə çempionatının 25-ci turunda keçiriləcək “Qalatasaray” - “Fənərbağça” derbisinin hakimləri dəqiqləşib.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Oyunun baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq. Ona yan xətt hakimləri qismində Tomas Klançnik və Andraz Kovaçiç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Kadir Sağlam yerinə yetirəcək. 

Fevralın 24-də keçiriləcək "Qalatasaray" - "Fənərbağça" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. “Qalatasaray” hazırda turnir cədvəlində 63 xalla 1-ci, “Fənərbaxça” isə 57 xalla 2-cidir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media