logo
DÇ-2030-a hazırlıq üçün birgə komissiyalar yaradılacaq

DÇ-2030-a hazırlıq üçün birgə komissiyalar yaradılacaq

DÇ-2030-a hazırlıq üçün birgə komissiyalar yaradılacaq DÇ-2030-a hazırlıq üçün birgə komissiyalar yaradılacaq

Mərakeş, İspaniya və Portuqaliya 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün üç ölkənin səylərini birləşdirəcək birgə komissiyalar yaradacaq.

Bu barədə Mərakeş Krallığının Futbol Federasiyasının bəyanatında deyilir.

Komissiyaların yaradılması ilə bağlı razılıq Saledə (Rabatətrafı) Mərakeş Krallığının Futbol Federasiyasının prezidenti Fauzi Lekjaa ilə İspaniya Kral Futbol Federasiyasının rəhbəri Rafael Luzan arasında keçirilən görüşdə əldə olunub.

Söhbət zamanı Lekjaa Mərakeş və İspaniyanı birləşdirən tarixi və mədəni əlaqələri qeyd edərək, 2030-cu il dünya çempionatının uğurlu təşkilini təmin etmək üçün üç ölkə tərəfindən birgə komissiyaların yaradılmasının sürətləndirilməsinin zəruriliyinə işarə edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media