logo
Xərçəng xəstəliyindən əziyyət çəkmiş qadın KTM-də sağlam körpə dünyaya gətirdi

Xərçəng xəstəliyindən əziyyət çəkmiş qadın KTM-də sağlam körpə dünyaya gətirdi

Xərçəng xəstəliyindən əziyyət çəkmiş qadın KTM-də sağlam körpə dünyaya gətirdi Xərçəng xəstəliyindən əziyyət çəkmiş qadın KTM-də sağlam körpə dünyaya gətirdi

Qalxanabənzər vəzi xərçəngi səbəbi ilə uşaq dünyaya gətirməsi riskli olan 32 yaşlı qadın Kliniki Tibbi Mərkəzə müraciət edib.

Məlum olub ki, o, bir neçə özəl klinikalarda həkimlərin təyin etdiyi müalicə kurslarına başlayıb. Buna baxmayaraq, hamiləliyin baş verməsi üçün qadının menstrual tsikli düzgün təqib olunmayıb. Bütün bu səbəblərlə yanaşı, pasiyentin hekəyəsini dinləyəndən sonra aşkarlana biləcək başqa pataoloji hallar müəyyən olunub.

Daha sonra o, KTM-in Ginekologiya şöbəsində hamiləlik prosesi üçün mütəmadi müayinə və müalicələrə başlayıb. Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində təyin olunan müalicəyə uyğun olaraq hamiləlik prosesi davam etdirilib.

38 həftəlik hamiləlikdən sonra həkim mama-ginekoloq Təranə Həsənova qeysəriyyə kəsiyi əməliyyatı icra edib. Baş tutan əməliyyat uğurlu alınıb və çəkisi 3.4 kq, boyu 52 sm olan qadın cinsli körpə dünyaya gəlib. Zəruri müayinə prosedurlarından sonra ana və körpə yaxşı vəziyyətdə evə buraxılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin