https://innews.media/uploads/news/2025-02/_innews_a2791686c4315595183f51ae2_o.jpg
21 fevral saat 15:00-da Şərur Rayon Mədəniyyət Sarayında Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının yeni tamaşasının premyerası baş tutacaq. Tamaşa İbrahim Sadıqovun qələmə aldığı "Molla Nəsrəddin və beş arvadı" əsəri əsasında hazırlanıb.
Tamaşanın rejissoru və musiqi tərtibatçısı Nəsimi Məmmədzadə, quruluşçu rəssamı isə İlham İsmayılovdur. Maraqlı və komik süjet xəttinə malik olan səhnə əsərində Azərbaycan teatr sənətinin tanınmış simaları ilə yanaşı, istedadlı aktyorlar da rol alır.
Əsas rolları ifa edirlər:
Molla Nəsrəddin – Neymət Sultanov (Azərbaycan Respublikasının Əməkdar artisti)
Fatma – Kimya Babayeva (Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi)
Tutu – Mehriban Hüseynova
Qulam – Mirtahir Seyidov
Qədir – Məhəmməd Mustafayev
Cənnət – Vüsalə Abbasova
Təmənna – Məlahət Həsənova
Zibeydə – Mənsumə Abbasova
Bundan əlavə, tamaşada Məhəmməd Əliyev, Sərxan Cəfərov və Məhəmməd Mustafayev oğrular obrazında çıxış edəcəklər.
Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının bu yeni səhnə əsəri yerli teatrsevərlər üçün maraqlı bir tamaşa vəd edir. Premyeraya qatılmaq istəyənlər 21 fevralda Şərur Rayon Mədəniyyət Sarayına dəvət olunurlar.
Ən son xəbərləri səhifəmizdən də izləyin