https://innews.media/uploads/news/2025-02/_innews_4a5e91f9f583068873226988a_o.jpg
Müğənni Mətanət Əsədova 8 martda konsert verməyə hazırlaşan Xalq artisti Brilliant Dadaşova ilə bağlı açıqlama verib.
“Tarixin bir günü” verilişində qonaq olan sənətçi Dadaşovaya olan sevgisindən söz açıb:
“Bu gün sənətkar Brilliant xanımdır. O, böyük sənətkardır. Özü üçün də, sənəti üçün də ürəyim gedir. Ona çatmağıma hələ nə qədər var. Yeganə sənətkardır ki, konsertinə bilet almışam. Məni hansı konsertlərdə görürsünüz? Yaxınlarda Elnarə xanımın konsertində idim. Amma Brilliant xanıma şəxsən özüm bilet almışam. Bu yaxınlarda el şənliklərinin birindəyik, deyirəm, belə geyinmişdiniz. Deyir, bu qız gör, necə diqqət edib. Deyirəm, hətta orada yoruldunuz, ayaqqabınızı çıxardınız və sairə. O insana da sənətkar deyin, iki gündür oxuyana da. Olmaz. Vallah günahdır”.
Qeyd edək ki, B.Dadaşovanın konserti Bakı Konqress Mərkəzində baş tutacaq. Gecəyə biletlərin yarıdan çoxu satılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin