logo
“Yaxşı ki, Avroviziyaya seçilməmişdim”

“Yaxşı ki, Avroviziyaya seçilməmişdim”

“Yaxşı ki, Avroviziyaya seçilməmişdim” “Yaxşı ki, Avroviziyaya seçilməmişdim”

“Sənətdə olmağı, müğənniliyi çox sevirdim. İndi yadıma düşəndə deyirəm, elə bil başqa adam imişəm. Düşüncəm, arzularım necə dəyişdi? Anam gördü ki, oxumağı çox istəyirəm, dedi, yaxşı”.

innews.media xəbər verir ki, bu sözləri influenser Aynişan Quliyeva ARB TV-də yayımlanan “Pərvizə görə” proqramında söyləyib.

O, Avroviziyaya gedə bilmədiyi üçün təəssüflənmədiyini açıqlayıb:

“Onda Avroviziyanın milli seçimlərinə qatıldım. Fikirləşəndə deyirəm ki, yaxşı ki, seçilməmişəm. Deyim ki, seçilmədiyim üçün oturub ağladım. Yox, belə şey olmadı. Onda bizim final AzDrama-da baş tutmuşdu. Maşında 5 dəqiqə çölə baxdım, məyusluğum o qədər çəkdi. Səhəri gündən normal həyatıma davam etdim. Hazırlıq dövründə stress, rəqabət məni o qədər yordu ki. Başa düşdüm ki, mənim enerjim bura qədər imiş. 2010-cu ildə baş tutmuşdu, onda 2011-in namizədləri seçilirdi. Eldarla Nigar seçildi. Elə bilirdim ki, xoşuma gələn mahnıların hamısını oxuya biləcəyəm, hamısı mənim üçün yazılıb. Rəqs etməyi sevdiyim mahnını oxuya biləcəyimi düşünürdüm. Uşaq olursan, anlamırsan. Anam da mülayim şəkildə izah etməyə çalışırdı ki, ay bala, bu mahnı sənlik deyil. Deyirdi ki, ana qurban səsinin rəngi, çaları o biri mahnıda daha yaxşı üzə çıxır, qəşəng səslənir. Yönəltməyə çalışırdı, görürdü gedib Rihannanın, Beyonsun mahnısını oxuyuram. Nəticədə də deyirdilər, Aynişanın səsi yoxdur. Çünki o mahnılarda səsim üzə çıxmırdı. Təbii ki, bir Beyons deyiləm, elə güclü səsim yoxdur. Normal melodik səsim var, ona uyğun mahnı ifa etməliyəm. Hər kəs özünə uyğun mahnı seçsə, karyerasında daha uğurlu ola bilər”.

Aynişan anası, Əməkdar artist Aybəniz Haşımovayla duet oxumaq sualına isə belə cavab verib:

“Anam hər dəfə duet təklif edir. İstəyirəm yeni mahnı ifa edək. Açığı ürəyimizə yatan bir mahnı olmayıb ki, ifa edək. Düşünürəm ki, retro mahnılardan hansınıza yeni tərzdə aranjiman edib oxuya bilərik. Müğənnilik iddiam olduğu üçün yox, xatirə olaraq qalsın deyə istəyirəm. Anam indi istəyir ki, müğənni olum, yenidən oxumağa başlayım. Deyirəm, həvəsim öləndən sonra sənin çox gözəl arzun yaranıb”.

Quliyeva müğənnilik fəaliyyətinin ardınca getməməsinin səbəbini açıqlayıb:

“Sənəti sevirdim. Lakin başa düşdüm ki, uzaqdan sevdikcə daha parlaqdır, yaxınlaşdıqca məni yandırır. Ona görə ki, rəqabət çoxdur. İnsanlara sağlam rəqabət çətin gəlir. Başqa yollara əl atıb səni aşağı çəkməyə çalışırlar ki, parlamayasan. Mənim belə insanlarla rəqabətdə olmaq, özümü, ruhumu yormaq çətin gəldi. Fikrimcə, sənətdə ya bir nömrə olmalısan, həmişə maraqda, zirvədə olmalısan. Ya da ki, olma. Sadəcə ifa edib özün qulaq asacaqsansa, bu, uğur deyil. Mən daim şəxsi həyatımı da qurmaq istədiyim üçün buna zamanım olmayacağını düşünürdüm. Fikirləşirdim ki, həm şəxsi həyatımı qurmağa, həm də bu sənətdə zirvədə olmağa vaxtım olmayacaq. İnfluenserlik tamam fərqlidir. Səhər oyanıram, üzümü yuyub, maska çəkirəmsə, bu, kontentdir. Amma müğənnilik, sənət aləmi belə deyil. Müğənnilərin influenserliyə başlamağını başa düşmürəm. Yəqin fikirləşirlər ki, sosial media varsa, hamı bu işi görməlidir. Amma sosial medianı fərqli yönləndirmək olur. Xaricdə ulduzlar bunu ulduz kimi yönləndirirlər. İnfluenser olmağa cəhd etmirlər. Hətta influenser belə hər şeyi reklam etmir. Sənin bir tərzin olmalıdır. Öz konspetin olmalıdır, sənə uyğun deyilsə, getməməlisən. Mənə dəfələrlə reklam gəlib. Təbii, hər kəsin qazanca ehtiyacı var. Fikirləşmişəm ki, bunu çəksəm, paylaşsam, stilimdən çıxmış olur, bir çox markanı itirirəm. Son zamanlar qlobal markalarla çalışıram, mənim üçün yaxşıdır. Həm qazanc məni qane edir. Onlarla işləmək mənə daha çox prestij gətirir. Azərbaycanın böyük markaları ilə da çalışırıq. Lakin fikirləşəndə yerli markayla işləmirəm. Çünki problem olur, marketinq büdcələri az olur, influenserə fərqli yanaşırlar, işləyə bilmirlər. Xarici markalarla çalışmağa üstünlük verirəm, daha rahat olur”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media