logo
Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində

Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində

Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində

Fevralın 15-də Milli Gimnastika Arenasında keçirilən Bakı Böyük Dəbilqə turnirinin ikinci yarış günündə kişilər arasında -73 kq və -81 kq çəki dərəcələrində dörd cüdoçumuz həlledici görüşlərə çıxacaq.

-73 kq çəkidə Rəşid Məmmədəliyev dünya ikincisi olan yaponiyalı cüdoçu Tatsuki İşihara ilə finalda üz-üzə gələcək. Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal uğrunda gənclər arasında dünya çempionu digər Yaponiya idmançısı Ryuqa Tanaka ilə mübarizə aparacaq.

-81 kq çəkidə Zelim Tçkayev qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə qarşılaşacaq. Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli isə üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekovla tatamiyə çıxacaq.

Final qarşılaşmaları saat 17:00-da başlayacaq. Yarış İdman TV kanalı vasitəsilə canlı yayımlanacaq.

Biletləri iTicket.az saytından əldə edə bilərsiz:
https://iticket.az/events/sport/judo-grand-slam-tournament1

Yarışı canlı olaraq judotv.com saytı vasitəsilə izləyə bilərsiniz.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media