logo
Stolüstü tennisçilərimiz beynəlxalq yarışın qalibi olublar

Stolüstü tennisçilərimiz beynəlxalq yarışın qalibi olublar

Stolüstü tennisçilərimiz beynəlxalq yarışın qalibi olublar Stolüstü tennisçilərimiz beynəlxalq yarışın qalibi olublar

Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində etimadı layiqincə doğruldublar.

U 15 kateqoriyasında yarışan idmançılar bu gün qarışıq-qoşa mübarizəsində final görüşunə çıxıblar. Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada Türkiyə təmsilçilərinə 3:2 hesabı ilə qalib gələn idmançılarımız baş mükafata layiq görülüblər.

Xatırladaq ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvar ayında Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafat qazanmışdı.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media