logo
Stolüstü tennisçilər beynəlxalq yarışın finalına yüksəliblər

Stolüstü tennisçilər beynəlxalq yarışın finalına yüksəliblər

Stolüstü tennisçilər beynəlxalq yarışın finalına yüksəliblər Stolüstü tennisçilər beynəlxalq yarışın finalına yüksəliblər

Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində etimadı doğrultmaqdadırlar.

U 15 kateqoriyasında yarışan idmançılar bu gün qarışıq-qoşa mübarizəsində finaladək irəliləyərək minimum gümüş mükafatı təmin ediblər. Quluzadə - Məmmədli tandemi sabah keçiriləcək həlledici qarşılaşmada Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək.

Xatırladaq ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvar ayında Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafata layiq görülmüşdü.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media