https://innews.media/uploads/news/2025-02/_innews_f477da25bab3435ccc5172a0a_o.jpg
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova və ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 13-də birgə işçi nahar ediblər.
Söhbət zamanı Azərbaycan ilə Somali arasında münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.