logo
AzMİU-da tələbələrin işğaldan azad edilmiş ərazilərə dair kurs işlərinin təqdimatı keçirilib

AzMİU-da tələbələrin işğaldan azad edilmiş ərazilərə dair kurs işlərinin təqdimatı keçirilib

AzMİU-da tələbələrin işğaldan azad edilmiş ərazilərə dair kurs işlərinin təqdimatı keçirilib AzMİU-da tələbələrin işğaldan azad edilmiş ərazilərə dair kurs işlərinin təqdimatı keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn fakültəsinin yuxarı kurs tələbələrinin işğaldan azad edilmiş ərazilərdə kiçik həcmli memarlıq layihələri üzrə kurs işlərinin təqdimatı keçirilib. Təqdimat zamanı tələbələr Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında avtobus dayanacaqları və xalça sexləri ilə bağlı layihə təkliflərini nümayiş etdiriblər.

Tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova,  Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı, eyni zamanda sözügedən universitetin müəllimi Yalçın Məmmədov, həmçinin ali təhsil ocağının müəllim və tələbə heyəti  iştirak ediblər.

Tələbələrdən Asya Aslanova, Aytac Atakişiyeva, Öznur Qalayeva, Leyla Mürsəlova, Sevil Kərimli, Günel Əlisoy, Şəmira Əlizadə, Əliniyaz Hacıyevin layihələri maraqla qarşılanıb. Adı çəkilən tələbələr işlərində daha kreativ yanaşma sərgilədikləri üçün onlara təşəkkürnamə və müxtəlif hədiyyələr təqdim edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media