SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin rəsmisi texniki müayinələrə şərait yaratmayan abonentlər barədə açıqlama verib. Bildirilib ki, qaz təsərrüfatında təhlükəsizliyin təmin edilməsi məqsədilə aparılan texniki baxışlar abonentlərin təhlükəsizliyi üçün vacibdir.
Əgər abonentlər müvafiq texniki müayinələrin keçirilməsinə mane olarsa, bu, onların qaz təchizatı ilə bağlı müəyyən məhdudiyyətlərlə üzləşməsinə səbəb ola bilər. Belə halların qarşısının alınması üçün vətəndaşlardan qaz sayğaclarına, avadanlıqlarına və qaz xətlərinə baxış keçirilməsinə şərait yaratmaları xahiş olunur.
SOCAR-ın "Azəriqaz" İB vətəndaşları qaz təsərrüfatında təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və əməkdaşların texniki müayinələr aparmasına şərait yaratmağa çağırır.
Ən son xəbərləri səhifəmizdən də izləyin