logo
Şəmkirdə Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib

Şəmkirdə Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib

Şəmkirdə Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib Şəmkirdə Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib

Fevralın 10-da Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən müdir müavini Anar Məcidov, məktəb rəhbərliyi, pedaqoji kollektiv və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən müdir müavini Anar Məcidov çıxış edərək məktəb kollektivini təbrik edib və onlara uğurlar arzulayıblar.

Qeyd edək ki, 1176 şagird yerlik məktəb Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Məktəbdə sinif otaqları, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, inzibati heyət üçün iş otaqları istifadəyə verilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media