“Təkcə burnumu əməliyyat etdirmişəm”
Müğənni Mətanət Əsədova estetik əməliyyatlarla bağlı fikirlərə aydınlıq gətirib.
innews.media xəbər verir ki, sənətçi bu barədə “Pərvizə görə” layihəsində danışıb. O, “Səni sevdiyim üçün” klipindəki görüntüsündən də söhbət açıb:
“Məni gəlib evdən apardılar. Dedilər ki, nə makiyaj, nə saç düzümü... Makiyajsız, arıq idim, 34 ölçü quru balıq idim. Baxıb deyirəm ki, insan da belə arıq olar? Onda da hələ burnumu əməliyyat etdirməmişdim. Mən təkcə burnumu estetik etdirmişəm. İndi baxıb biri deyir ki, nəyə oxşayır? Deyirəm, sən qəşəng ol. Biri də deyir ki, bu nələr etdirib. Cisim mənim, can mənim, sən kimsən? Mən sənə qarışıram? “Yaxşı edirəm” sözündən zəhləm gedir, bunu qadın deməz. Düzgün, təmiz qadın efirdə bu sözü işlətməz. Mənə deyirlər, niyə belə cavab vermirsən? Çünki anam öyrədib ki, bu pis sözdür, onu kişi deyər. Həyatında boşluq yaranan, yüngül həyat tərzi sürən insan deyə bilər. Ona rişxənd etmirəm, Allah ona da bizə də kömək olsun”.
Ən son xəbərləri səhifəmizdən də izləyin