logo
Xəyal Nağıyev: “Şəffaf və ədalətli idarəçilik ölkəmizdə əsas prioritetdir”

Xəyal Nağıyev: “Şəffaf və ədalətli idarəçilik ölkəmizdə əsas prioritetdir”

Xəyal Nağıyev: “Şəffaf və ədalətli idarəçilik ölkəmizdə əsas prioritetdir” Xəyal Nağıyev: “Şəffaf və ədalətli idarəçilik ölkəmizdə əsas prioritetdir”

06 fevral 2025-ci il tarixində Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə geniş nitqlə çıxış edən məktəbin direktoru Xəyal Nağıyev tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiyanın bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qaldığını, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini, sosial ədalətə ciddi təhlükə yaratdığını, iqtisadi və sosial inkişafı ləngitdiyini, əlverişli biznes mühitinin yaranmasına mane olduğunu söyləyib. Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının ölkə prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayan Xəyal Nağıyev, bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırıb. Ölkəmizdə insanların sosial rifahını və vətəndaş məmnunluğunun daha da artırılması üçün aparılan yeni islahatlar nəticəsində şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirildiyini bildirib.

Tədbirdə çıxış edənlər hər bir insanın vəzifə səlahiyyətlərinə məsuliyyətlə yanaşmaqla korrupsiya hüquqpozmalarına qarşı daha da ciddi və səmərəli mübarizə aparmalı olduğunun zəruriliyindən danışıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media