https://innews.media/uploads/news/2025-02/_innews_64bd1e8ac31ad633051f5e657_o.jpg
Azərbaycan Xaricdə Təhsil Şirkətləri Assosiasiyası (ASAC) ilə İstanbul Okan Universitetinin rəhbərliyi arasında görüş keçirilib.
Görüşdə universitetin qurucusu, Okan Holdingin təsisçisi və Müşahidə Şurasının sədri Bekir Okan, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Hazar Dördüncü və Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, ASAC-a daxil olan xaricdə təhsil şirkətlərinin rəhbərləri iştirak ediblər.
Bekir Okan Assosiasiyanın təsis olunması təşəbbüsünü dəstəklədiyini və qurumun fəaliyyətini yaxından izlədiyini vurğulayıb. O, Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, ASAC-ın bu istiqamətdə gördüyü işlərin əhəmiyyətini qeyd edib.
Görüş zamanı birgə həyata keçiriləcək layihələr ətrafında geniş müzakirələr aparılıb, təhsil sahəsində yeni imkanların yaradılması və tələbələrin beynəlxalq arenada daha uğurlu olması üçün strateji əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Görüşün iki qardaş ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi, tələbələr üçün daha geniş imkanların yaradılması baxımından zəruri olduğu bildirilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin