https://innews.media/uploads/news/2025-02/_innews_77963d772ff39a5fabe91ed19_o.jpg
Bakı Slavyan Universitetinin (BSU) Kitabxana Resurs İnformasiya Kompleksində universitetin rəqəmsallaşma və beynəlmiləlləşmə strategiyaları çərçivəsində həyata keçirilən fəaliyyətlərə dair müzakirə keçirilib.
"Rəqəmsal BSU" layihəsi çərçivəsində müəllim və tələbə modullarının pilot tətbiqinin uğurlu nəticələri nəzərə alınaraq, bu sistemin digər fakültələrdə də tətbiq edilməsi qərara alınıb.
Görüşdə həmçinin BSU-nun beynəlxalq layihələrdə iştirakı, qlobal reytinqlərdə mövqeyi və beynəlmiləlləşmə siyasətinin inkişaf perspektivləri geniş şəkildə təhlil edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin