https://innews.media/uploads/news/2025-02/_innews_d1135e6dac827e3a3b3e47bf2_o.jpg
Almaniyada yaşayan həmyerlimiz bəstəkar-müğənni Seyran İsmayılxanov suni intellektlə hazırlanmış layihəsini təqdim edib.
innews.media xəbər verir ki, “Forgiven” ( Bağışlamaq) adlı bəstənin ifaçının özünə aiddir.
Layihənin iddeya müəllifi S.İsmayılxanov mətbuata yaydığı açıqlamada mahnının hekayəsindən də danışıb:
“Mahnının hekayəsi mənim həyatımla bağlıdır. Orada bir qadının iki oğulla tək qaldığı görünür. Bu hekayə mənim və qardaşımın həyatını əks etdirir. Mahnının əsas mövzusu bağışlamaqdır. Çünki içimizdə şeytanlar, qorxular, acılar, keçmişin izləri, icimizdəki uşağı və biz bu yolda bağışlamağı öyrənməliyik.
Klipin sonunda da göstərilir ki, insan özünü və başqalarını bağışlamalıdır. İçimizdəki əjdaha ilə üzləşmək və onu qəbul etmək lazımdır. Mahnının mənası da budur: Atanı bağışlamaq, özünü bağışlamaq, həyatı bağışlamaq”.
Qeyd edək ki, layihədə süni intellekt üzrə direktorluq Elena Fralovaya həvalə edilib. Video 100 saat içində yaranıb. Seyran İsmayılxanov ilk dəfə Bakıda konsert verəcək. O, 7 aprel tarixində Opera studiyasında səhnəyə çıxacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin