logo
Azərbaycanlı səfir Kosta Rika Prezidentinin dəvəti ilə rəsmi tədbirdə iştirak edib

Azərbaycanlı səfir Kosta Rika Prezidentinin dəvəti ilə rəsmi tədbirdə iştirak edib

Azərbaycanlı səfir Kosta Rika Prezidentinin dəvəti ilə rəsmi tədbirdə iştirak edib Azərbaycanlı səfir Kosta Rika Prezidentinin dəvəti ilə rəsmi tədbirdə iştirak edib

İqamətgahı Mexiko şəhərində olmaqla, ölkəmizin Kosta Rikadakı səfiri Məmməd Talıbov Kosta Rika Respublikasının Prezidenti Rodriqo Çavesin dəvəti əsasında diplomatik korpusun nümayəndələri üçün Yeni il ilə əlaqədar təşkil edilmiş salamlama mərasimində iştirak edib.

Paytaxt San Xosenin Milli Teatr binasında baş tutmuş tədbir zamanı M.Talıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik və səmimi salamlarını Kosta Rika dövlət başçısına çatdırıb.

Prezident R.Çaves minnətdarlığını ifadə edib, onun da salamlarını və ən xoş arzularını dövlət başçımıza çatdırmağı xahiş edib.  Söhbət əsnasında Kosta Rikanın COP29-da fəal iştirakına diqqət çəkilib, ikitərəfli münasibətlərin bütün mümkün sahələrdə, xüsusilə iqtisadi-ticarət sahəsində daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.

Tədbir zamanı azərbaycanlı diplomat o cümlədən Kosta Rikanın xarici işlər naziri Arnoldo Tinoko ilə görüşüb, ikitərəfli münasibətlərin inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin