logo
“Yaradıcı oxucularımız” layihəsinə yeni şeir təqdim olundu

“Yaradıcı oxucularımız” layihəsinə yeni şeir təqdim olundu

“Yaradıcı oxucularımız” layihəsinə yeni şeir təqdim olundu “Yaradıcı oxucularımız” layihəsinə yeni şeir təqdim olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində yeni təqdimat baş tutub.

Kitabxananın Fəxri oxucusu, şair Məhəbbət İbrahimova, “Günlər keçdi” şeirinə hazırlanan videoklipi təqdim edib. Müəllifin ifasında səslənən şeir dərin lirik çalarlara köklənərək, onun “zalım dünya”ya ünvanlanan nisgil və gileyini əks etdirir. Şeirdə ifadə olunan hisslər və düşüncələr bir çox oxucunun qəlbində əks-səda doğurub.

Layihə çərçivəsində yaradıcı oxucuların ədəbi nümunələrinin geniş auditoriyaya çatdırılması davam etdirilir.

Videoklip aşağıdakı keçiddə nümayiş olunur:

https://www.youtube.com/watch?v=mVsCIS9Rjr0

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media