logo
Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunmuş "Gəl ey səhər" adlı yubiley gecəsi keçirilib

Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunmuş "Gəl ey səhər" adlı yubiley gecəsi keçirilib

Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunmuş "Gəl ey səhər" adlı yubiley gecəsi keçirilib Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunmuş "Gəl ey səhər" adlı yubiley gecəsi keçirilib

Fevralın 4-də  Xalq artisti, bəstəkar və müğənni, Polad Bülbüloğlunun doğum günüdür.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzi, Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin və Şəki şəhər  MKS-nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə bəstəkar, musiqiçi, ictimai-siyasi xadim  Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunmuş "Gəl ey səhər" adlı yubiley gecəsi keçirilib.

Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin nümayəndələri, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və MİHİ Şəki rayon Komitəsinin  rəhbərləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Polad Bülbüloğlunun yaradıcılıq fəaliyyəti işıqlandırılıb, bir-birindən ecazkar bəstələri və repertuarından nəğmələr səsləndirilib.

Tədbirin sonunda Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəis v.i.e. Emil Bədəlov çıxış edərək, tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media