Futzal üzrə Azərbaycan milli komandası AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu keçirib. Millimiz 5-ci qrup çərçivəsində Bakıda Yunanıstan yığması ilə qarşılaşıb. Bakı İdman Sarayında baş tutan qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
Oyunun start fitindən cəmi bir dəqiqə sonra Oktay Rüstəmli hesabı açaraq Azərbaycan millisinin ilk qoluna imza atıb. Matçın sonlarına yaxın – 39-cu dəqiqədə isə rəqib futbolçunun avtoqolu hesabın bərabərləşməsinə səbəb olub.
Baş məşqçi Vitali Borisovun rəhbərlik etdiyi milli bu heç-heçə ilə xallarının sayını 2-yə çatdırıb. Futzalçılarımız növbəti görüşünü martın 11-də səfərdə Yunanıstan yığmasına qarşı keçirəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin