logo
"Şahdağ"da keçirilən Heydər Əliyev Kubokunda 50 uşaq xizək üzrə mübarizə etdi

"Şahdağ"da keçirilən Heydər Əliyev Kubokunda 50 uşaq xizək üzrə mübarizə etdi

"Şahdağ"da keçirilən Heydər Əliyev Kubokunda 50 uşaq xizək üzrə mübarizə etdi "Şahdağ"da keçirilən Heydər Əliyev Kubokunda 50 uşaq xizək üzrə mübarizə etdi

innews.media xəbər verir ki, "Şahdağ" Turizm MərkəziAzərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Heydər Əliyev Kubokunda uşaqlar arasında həvəskar xizək yarışı başa çatıb. Yarışda müxtəlif yaş kateqoriyalarında olan 50 uşaq birincilik uğrunda mübarizə aparıb.

Yarışın nəticələri

6-8 yaşlı oğlanlar arasında

  1. Dmitri Petrenko – Azərbaycan
  2. Loçlan Hoqq – Böyük Britaniya

6-8 yaşlı qızlar arasında

  1. Hanna Makkennel – Böyük Britaniya
  2. Nurlana Abdulova – Azərbaycan
  3. Mariya Podqornaya – Azərbaycan

9-12 yaşlı oğlanlar arasında

  1. Nurəddin Nəzirov – Azərbaycan
  2. Raul Mədətov – Azərbaycan
  3. Antoni Skalabre – Fransa

9-12 yaşlı qızlar arasında

  1. Lea Makkennel – Böyük Britaniya
  2. Əminə Əhmədova – Azərbaycan
  3. İren Cavadova – Azərbaycan

13-17 yaşlı oğlanlar arasında

  1. Amin Şıxov – Azərbaycan
  2. Yusif Kiçikbəyov – Azərbaycan
  3. Panke Karl-Leo – Almaniya

13-17 yaşlı qızlar arasında

  1. Nurel Hacıbəyli – Azərbaycan
  2. Liliya Podqornaya – Azərbaycan
  3. Zemfira Əlixanbəyova – Azərbaycan

Qaliblər “Şahdağ” Turizm Mərkəzi tərəfindən medallar və diplomlarla təltif olunub. Onlara həmçinin müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev Kubokunun növbəti mərhələsi fevralın 2-də müxtəlif yaş kateqoriyalarında olan böyüklər arasında davam edəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media