logo
Jandildə Jakupov: "Azərbaycanın "Mediasiya vasitəsilə əldə olunan beynəlxalq barışıq sazişləri üzrə BMT Konvensiyası"na qoşulması təşəbbüslərini dəstəkləyirik"

Jandildə Jakupov: "Azərbaycanın "Mediasiya vasitəsilə əldə olunan beynəlxalq barışıq sazişləri üzrə BMT Konvensiyası"na qoşulması təşəbbüslərini dəstəkləyirik"

Jandildə Jakupov: "Azərbaycanın "Mediasiya vasitəsilə əldə olunan beynəlxalq barışıq sazişləri üzrə BMT Konvensiyası"na qoşulması təşəbbüslərini dəstəkləyirik" Jandildə Jakupov: "Azərbaycanın "Mediasiya vasitəsilə əldə olunan beynəlxalq barışıq sazişləri üzrə BMT Konvensiyası"na qoşulması təşəbbüslərini dəstəkləyirik"

Jandildə Jakupov: "Azərbaycanın Sinqapur Konvensiyası kimi tanınan "Mediasiya vasitəsilə əldə olunan beynəlxalq barışıq sazişləri üzrə BMT Konvensiyası"na qoşulması sahəsindəki təşəbbüslərini dəstəkləyirik."

Qazaxıstan Mediatorlar Assosiasiyasının Baş direktoru, Orta Asiya Mediatorlar Konsorsiumunun sədri, Türk Dünyası Mediatorlar Birliyinin vitse - prezidenti Jandildə Jakupov qeyd edib: "Azərbaycana səfəri zamanı "Mediasiya vasitəsilə əldə olunan beynəlxalq barışıq sazişləri üzrə BMT Konvensiyası"na qoşulması təşəbbüsləri barədə məlumatlar bizi çox sevindirdi. Belə ki, Azərbaycan Respublikasının həmin Konvensiyanı imzalaması məsələsinə dair aidiyyəti dövlət orqanları tərəfindən rəy və təkliflərin bildirilməsi məsələsi ilə bağlı aidiyyəti dövlət orqanlarının, xüsusən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bu sahədə işlər aparması bizi çox sevindirdi. 

Çox mütərəqqi bir hadisədir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 oktyabr tarixli dərkənarı ilə Mediasiya üzrə Sinqapur Konvensiyasını Azərbaycan Respublikası tərəfindən imzalanması məsələsinə münasibətin bildirilməsi məsələləri yuxarıda adları qeyd edilən aidiyəti dövlət qurumlarına tapşırılmışdır.

Qeyd edim ki, regionda Qazaxıstan, Türkiyə, Gürcüstan və digər bir çox ölkələr bu konvensiyaya qoşulmuşdur."

Jandildə Jakupov qeyd edib ki, Azərbaycanın bu konvensiyaya qoşulması sahəsində istənilən metodiki və praktik dəstəyi göstərməyə hazırdırlar. O, eyni zamanda qeyd edib ki, Qazaxıstanın bu konvensiyaya qoşulması Qazaxıstanın investisiya mühitinə də çox ciddi müsbət təsir edib. Odur ki, bu gün Azərbaycanın da bu konvensiyaya  qoşulması Azərbaycanın investisiya mühiti üçün yeni trendlər və yeni müsbət çağırışlı obrazlar yaradacaq.

"Bu işdə əməyi olan dövlət qurumlarına dərin təşəkkür edir və Azərbaycanın bu sahədəki fəaliyyətini dəstəkləyirik." deyə, J. Jakupov əlavə edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media