https://innews.media/uploads/news/2025-01/_innews_53301be0a6da4edc131f21faf_o.jpg
Müğənni Samir Bağırov sənət fəaliyyətini bərpa etməsindən danışıb.
innews.media xəbər verir ki, bu barədə sənətçi ARB TV-də “Pərvizə görə”də açıqlamalar verib:
“Mən çoxdan qayıtmışam, amma gic-gic verilişlərə çıxmaq istəmirdim. Hamı fikirləşirdi ki, yoxam. Yox. Mən oxuyurdum, tədbirlərə, şou proqramlara gedirdim. Son vaxtlar efirə çıxmırdım. Bəlkə də bunu mən yox, oradan istəyirlər (Allahı nəzərdə tutur – red.). Çox maraqlı layihələr olmalıdır. Əslində, sənət adamı belə olmalıdır. Həmişə iş rejimindədirsə, bu sənət insanı yox, zombi kimidir, biznes sayılır. Mən özümü şou-biznesə aid hiss etmirəm. İncəsənət mənə daha yaxındır. Bəlkə də mən naftalinəm. Amma nəsə belədir. İndi istedadlı uşaqlar çoxdur, problem odur ki, hamısı sənətə biznes kimi yanaşır. Əsl sənət adamları barmaqla sayılacaq qədərdir. Bu, tək Azərbaycanın yox, dünyanın problemidir. Heç nə elə-belə olmur, deməli belə olmalıydı. Fikirləşirsiniz ki, mən tənbəllik edirdim. Beyində yenilənmə oldu, indi hər şeyə fərqli yanaşıram. İndiki Samir Bağırov əvvəlki kimi deyil. Bəlkə də vaxt gəldi. Bu simvolu görürsünüz? Bu, təbii şir dişidir, Meksikadan gətirilib, qəbilələrdən gəlib. Mənə Amerikadan hədiyyə gəlib. Qoruyur, saxlayır, belə şeylərə çox inanıram”.
Ən son xəbərləri səhifəmizdən də izləyin