https://innews.media/uploads/news/2025-01/_innews_1d8b3aee105cdabc71fc7af46_o.jpg
Bakı Dövlət Universiteti (BDU) və Qazaxıstanın Kokshetau Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Kokshetau Universitetinin rektoru Saqintay Elubayev imzalayıb.
Müqavilə çərçivəsində bakalavr, magistr, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Əsası 1996-cı ildə qoyulmuş Kokshetau Universiteti Qazaxıstanın ən nüfuzlu universitetlərindən biridir. 5 fakültə, 12 kafedraya malik universitet “Times Higher Education” dünya universitetləri reytinqində 1501+ pillədə qərarlaşır.