https://innews.media/uploads/news/2025-01/_innews_3e1ee20b084229b17d91d10ff_o.jpg
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Şəhidlər xiyabanını ziyarət edib.
innews.media xəbər verir ki, o bu barədə özünün rəsmi "X" sosial media hesabında paylaşım edib.
"Bu gün 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisənin 35-ci ildönümüdür. Müstəqillik uğrunda mübarizədə həlak olanların xatirəsini yad etmək üçün Azərbaycan dövləti və xalqının yanındayıq", - paylaşımda qeyd olunub.