logo
BANM-də 20 Yanvar faciəsinin 35-ci ildönümü anılıb

BANM-də 20 Yanvar faciəsinin 35-ci ildönümü anılıb

BANM-də 20 Yanvar faciəsinin 35-ci ildönümü anılıb BANM-də 20 Yanvar faciəsinin 35-ci ildönümü anılıb

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

BANM-ın rektoru Elmar Qasımov çıxış edərək, 1990-cı il 20 Yanvar hadisələrinin Azərbaycan tarixində mühüm rol oynadığını və xalqımızın azadlıq uğrunda mübarizəsinin simvoluna çevrildiyini vurğulayıb. Qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin zirvəsidir və bu hadisə azadlıq hərəkatını daha da gücləndirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media