logo
Coğrafiya İnstitutunda ixtisas fənləri üzrə imtahanlar keçirilib

Coğrafiya İnstitutunda ixtisas fənləri üzrə imtahanlar keçirilib

Coğrafiya İnstitutunda ixtisas fənləri üzrə imtahanlar keçirilib Coğrafiya İnstitutunda ixtisas fənləri üzrə imtahanlar keçirilib

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə ixtisas və fərq imtahanları keçirilib.

İmtahanlar “İqtisadi coğrafiya”, “İnsan coğrafiyası”, “Tarixi coğrafiya”, “Turizm və rekreasiya coğrafiyası” ixtisasları üzrə baş direktor professor Zakir Eminov,  “Okeanologiya” üzrə AMEA-nın müxbir üzvü Rauf Qardaşov sədr olmaqla professor-müəllim heyətindən ibarət komissiyaların iştirakı ilə qəbul edilib.

Dörd  ixtisas üzrə imtahan verən 7 doktorant və dissertantdan 4-ü əla, 3-ü isə yaxşı balla qiymətləndirilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media