https://innews.media/uploads/news/2025-01/_innews_b713156157a9e8b90099811a5_o.jpg
Rusiyanın məşhur estrada ulduzu, tatar ifaçı Alsu azərbaycanlılara müraciət edib.
Yayılan videoda o, Bakıya gələcəyini söyləyib:
“Əziz dostlar, sizi Bakı Konqress Mərkəzində 14 fevral Sevgililər günündə solo konsertimə dəvət edirəm. Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm, əziz bakılılar”, - deyə, Alsu bildirib.
Qeyd edək ki, gecəyə biletlər 30 AZN-dən 300 AZN-ə qədər dəyişir.