Gənc fəal və könüllü Əmirxan Həsənli Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevaya həsr etdiyi şeirini təqdim edib. Şeirdə Leyla Əliyevanın xeyirxahlığı, mərhəmətliliyi və xalq arasında qazandığı sevgi tərənnüm olunur.
Əmirxan Həsənlinin qələmə aldığı şeirdə Leyla Əliyevanın gördüyü işlərin, onun xalq üçün doğma və əziz bir şəxsiyyət olduğunu vurğulayan misralar yer alıb. Şair onun xeyirxahlığını, ürəklərə nur saçan mərhəmətliliyini və hər zaman insanlara ruh yüksəkliyi bəxş etdiyini xüsusi qeyd edib.
Şeir:
Harada olsan həyat coşar,
Oralarda günəş saçar.
Şəfəq saçar oralarda,
Xalqımızın Leylası.
Leyla ilə ölkəmiz ürəklərdə ruhlanar,
Xeyirxahlığın hər zaman işıqlanar.
Mərhəmətliyin ürəklərdə nur saçar,
Xalqımızın Leylası.
Siz çox mərhəmətlisiniz,
Bizim üçün doğmasınız,
Bizim üçün əzizsiniz,
Xalqımızın Leylası.
Xalqımızın rəğbətini qazanmısınız,
Xalqımızın sevgisini qazanmısınız.
Bizim üçün doğmasınız,
Xalqımızın Leylası.
Şeir gənc könüllünün Leyla Əliyevaya olan böyük sevgi və hörmətinin poetik ifadəsi kimi diqqət çəkir. Əmirxan Həsənli onun xeyirxah əməllərini və cəmiyyətə verdiyi töhfələri yüksək qiymətləndirərək, bu şeiri ərsəyə gətirib.
Hörmətlə:
Gənc fəal, gənc könüllü Əmirxan Həsənli.
Qeyd edək ki, Əmirxan Həsənli kimi gənclərin belə təşəbbüslərlə çıxış etməsi və milli dəyərlərimizi tərənnüm edən şeirlər yazması cəmiyyətimizdə yüksək qiymətləndirilir.
Ən son xəbərləri səhifəmizdən də izləyin