9-10 yanvar 2025-ci il tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Yeni il məktubu” adlı konsert proqramı ilə çıxış edib.
Konsertin əvvəlində 25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 kilometr yaxınlığında qəzaya uğraması nəticəsində həyatlarını itirmiş Milli Qəhrəmanlarımız və qəza zamanı həlak olan sərnişinləri bir dəqiqəlik sükütla yad edilib.
Bundan sonra Dövlət Uşaq Filarmoniyası ənənəvi Yeni il konsertinə başlayıb. Konsertdə Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, “Musiqili Uşaq Teatrı”, “Güləbatın” vokal ansamblı, “Sədəf” xalq çalğı alətləri ansamblı və solistləri, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivləri maraqlı və yadda qalan nömrələrlə çıxış edib. Proqram bir-birindən rəngarəng yeni il mahni və rəqsləri ilə olduqca zəngin idi. Hər bir nömrə tamaşaçıların zövqünü oxşayıb, aramsız alıqşlarla müşayiət edilib.
Konsertin sonunda bütün iştirakçılar səhnəyə çıxaraq məhşur Abba qrupunun “Happy new year” mahnısını ifa edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin