logo
Azyaşlı serebral komadan 14 gün sonra ayıldı

Azyaşlı serebral komadan 14 gün sonra ayıldı

Azyaşlı serebral komadan 14 gün sonra ayıldı Azyaşlı serebral komadan 14 gün sonra ayıldı

Dəm qazından zəhərlənmə ilə KTM-ə gətirilən, 14 gün komada qalan azyaşlının həyatı xilas edilib

10.12.2024-cü il tarixində 12 yaşlı pasiyent (qadın cinsli) kəskin inhalasyon dəm qazı zəhərlənməsi diaqnozu ilə serebral koma (toksiki ensefalopatiya) vəziyyətində Kliniki Tibbi Mərkəzə gətirilib.

Xəstə ağır vəziyyətdə KTM-in Toksikologiya şöbəsinə qəbul edilib, zəruri tibbi yardım göstərilib. Xəstəyə eyni zamanda mərkəzi tipli hipertermiya diaqnozu qoyulub və stasionar şəraitdə zəruri müalicə prosedurları başladılıb.

14 gün ərzində yüksək qızdırma ilə koma vəziyyətində qalan xəstə uğurlu müalicə prosedurları nəticəsində həyata qaytarılıb. Toksikologiya şöbəsinin həkimlərinin müalicələrindən sonra azyaşlının səhhətində müsbət dinamika müşahidə olunub, həyatı təhlükəsi geridə qalıb, hazırda vəziyyəti qənaətbəxşdir.

Azyaşlı zəruri kontrol müayinələrdən keçirilikdən sonra müalicəsinin davam etdirilməsi üçün uşaq xəstəxanalarından birinə hospitalizasiya edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media