logo
“Ocaq Sport” Klubunun yeni il şousu: gimnastikanın sehrli dünyasına səyahət

“Ocaq Sport” Klubunun yeni il şousu: gimnastikanın sehrli dünyasına səyahət

“Ocaq Sport” Klubunun yeni il şousu: gimnastikanın sehrli dünyasına səyahət “Ocaq Sport” Klubunun yeni il şousu: gimnastikanın sehrli dünyasına səyahət

12 yanvar tarixində Bakı Olimpiya İdman Kompleksində keçirilmiş “Ocaq Sport” Klubunun təqdim etdiyi “Uşağın Sehirli Dünyası” adlı Yeni il şousu böyük uğurla başa çatdı.

Tədbirdə “Ocaq Sport” Klubunun peşəkar idmançıları bədii gimnastika, aerobika gimnastikası və akrobatika gimnastikası üzrə valehedici çıxışlar nümayiş etdirdilər. Tamaşaçılar üçün Yeni ilin sehrini hiss etdirən bu şou hər yaşdan iştirakçılara unudulmaz xatirələr bəxş etdi.

Şou zamanı nümayiş olunan performanslar böyük maraqla qarşılandı və tədbir izləyicilərdə dərin təəssüratlar yaratdı. “Ocaq Sport” Klubu gələcəkdə də belə möhtəşəm tədbirlərlə tamaşaçılarını sevindirməyə davam edəcək!

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media