Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi və Hollandiyanın “Ekspats” şirkətinin əməkdaşları arasında onlayn görüş keçirilib.
Görüşdə Mərkəzin əsas fəaliyyət istiqamətləri, tələbə və məzunların karyera quruculuğuna, əmək bazarına adaptasiya etmələrinə verdiyi töhfələr barədə məlumat verilib. Mərkəz əməkdaşlarının “Ekspats” şirkətinin fəaliyyətinə, onların BDU-nun tələbə və məzunlarına göstərə biləcəyi xidmətlərə aid sualları şirkət əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.
Online görüş zamanı əməkdaşlığın reallaşdırılması istiqamətində mühüm addımların atılmasının vacibliyi, bu əməkdaşlığın BDU-nun tələbə və məzunlarının xarici sferada məşğulluq səviyyəsinin artırılmasında önəmli rolu kimi məsələlər də müzakirə edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin