logo
İnnovasiya sahəsində vəsaitdən istifadə Qaydası təsdiq edildi

İnnovasiya sahəsində vəsaitdən istifadə Qaydası təsdiq edildi

İnnovasiya sahəsində vəsaitdən istifadə Qaydası təsdiq edildi İnnovasiya sahəsində vəsaitdən istifadə Qaydası təsdiq edildi

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” təsdiq edildi.

Bu Qayda ölkə üzrə rəqəmsal inkişafın təmin edilməsi, o cümlədən yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsi, onların transferinin təşkili, innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsi, innovativ layihələrin (o cümlədən startapların) təşviqi və innovasiya təşəbbüskarlığının təbliği məqsədilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə formaları və qaydasını müəyyən edir.

Qaydanın qəbulu rəqəmsal məhsulların hazırlanması, qurumlarda idarəetmə prosesləri və xidmətlərin rəqəmsallaşdırılması, eləcə də yerli innovasiya məhsullarının istehsalının və ixracının dəstəklənməsi istiqamətləri üzrə investisiya maliyyələşdirilməsi, güzəştli kreditlər və qrant kimi dəstək mexanizmlərinin tətbiqinə geniş imkanlar yaradır.

Qaydanın tətbiqi ölkənin texnoloji tərəqqisini şərtləndirən innovativ layihələr üçün dəstək mexanizmlərinin, habelə startapların maliyyə vəsaitlərinə əlçatanlığının artırılmasına və innovasiya mühitinin genişləndirilməsinə mühüm töhfə verəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media