logo
BDU-nun nümayəndə heyəti “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin Bakı ofisini ziyarət edib

BDU-nun nümayəndə heyəti “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin Bakı ofisini ziyarət edib

BDU-nun nümayəndə heyəti “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin Bakı ofisini ziyarət edib BDU-nun nümayəndə heyəti “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin Bakı ofisini ziyarət edib

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin Bakı ofisini ziyarət edib.

Ziyarətin əsas məqsədi “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin elektronika, İT, süni intellekt və kimya mühəndisliyi istiqamətlərində peşəkar kadr hazırlığında BDU ilə birgə fəaliyyət perspektivlərinin müzakirəsi olub. Görüşdə BDU tələbələrinin “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin süni intellekt laboratoriyasında və istehsalat müəssisələrində təcrübəkeçməsi və işə qəbulu ilə bağlı ilkin razılıq əldə edilib.

Eyni zamanda BDU laboratoriyalarında Pilotsuz Uçuş Aparatlarında (PUA) istifadə olunan müxtəlif texnologiyaların araşdırılması, kompozit materialların istehsalı,  ortaq elmi tədqiqatların, təlimlərin, hakaton və yarışmaların təşkili müzakirə edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media