logo
“Sevgi odası: Əli və Nino balı” - əfsanəvi sevgi hekayəsinə səyahət

“Sevgi odası: Əli və Nino balı” - əfsanəvi sevgi hekayəsinə səyahət

“Sevgi odası: Əli və Nino balı” - əfsanəvi sevgi hekayəsinə səyahət “Sevgi odası: Əli və Nino balı” - əfsanəvi sevgi hekayəsinə səyahət

13 yanvar 2025-ci il tarixində saat 19:00-da Azərbaycan Milli İncəsənət Muzeyində yazıçı Qurban Səidin dünyaca məşhur “Əli və Nino” romanının əsasında “Sevgi odası: Əli və Nino balı” adlı immersiv tamaşa keçiriləcək. Unudulmaz sevgi hekayəsindən bəhs edən, İlqar Safatın rejissorluğu ilə hazırlanan bu unikal tamaşa Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları tərəfindən təqdim olunacaq. Əli və Nino rollarında Murad İsmayılov və Səma Vəliyeva çıxış edəcəklər. Digər rollarda Azərbaycanın Əməkdar artistləri Maqsud Məmmədov, Salman Bayramov, Elmira Aslanova və Yelena Spitsına da yer alıblar. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Nigar Rzayevadır. Əsərin motivləri əsasında səhnələşdirmə isə Valentina Reznikovaya aiddir.

Bal öz iştirakçılarını Şərq və Qərbin fərqli dəyərlərinin birləşdiyi mistik atmosferə səyahətə aparacaq. Hər bir qonaq bu bənzərsiz gecənin bir hissəsinə çevrilərək özünü əbədi sevgi hekayəsinin qəhrəmanı kimi hiss edəcək. Qonaqların Əli və Nino dövrünün geyim dəbindən bəhrələnən Şərq zərifliyini və ya Avropa eleqantlığını əks etdirən kostyumlarda bala qatılmağı arzuolunandır.

Qeyd edək ki, tamaşaya giriş biletlə olacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media