https://innews.media/uploads/news/2025-01/_innews_124163305cc8aac46c9fc822c_o.jpg
“Azedu.az” təhsil portalı 11 dekabr 2024-cü il tarixindən keçirilən “İlin ən yaxşı universitet sözçüsü” səsverməsinin qaliblərini açıqlayıb.
Səsvermə müxtəlif universitetlərin mətbuat və ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərən sözçülərinin 2024-cü il ərzində əməkdaşlıq və kommunikasiya bacarıqlarını qiymətləndirmək məqsədini daşıyıb.
Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva 34.8 faiz səslə I yeri qazanıb. Sorğuda II yeri Azərbaycan Memarlıq və İnşaat Universiteti, III yeri isə Bakı Mühəndislik Universitetinin təmsilçiləri Nicat Abdullayev və Elman Babayev tutub.
Əməkdaşımızı təbrik edir, daha böyük uğurlar arzulayırıq!
Ən son xəbərləri səhifəmizdən də izləyin