logo
BDU-nun məsləhətçi professoru Camali Məmmədxanov vəfat edib

BDU-nun məsləhətçi professoru Camali Məmmədxanov vəfat edib

BDU-nun məsləhətçi professoru Camali Məmmədxanov vəfat edib BDU-nun məsləhətçi professoru Camali Məmmədxanov vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat faküləsinin Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının məsləhətçi professoru, fizika-riyaziyyat elmləri doktoru Camali Məmmədxanov vəfat edib.

Camali Məmmədxanov 1938-ci ildə anadan olub. 1946-cı ildə Bakının Mərdəkan qəsəbəsində orta məktəbə gedib, 1956-cı ildə Bakı şəhər 46 saylı orta məktəbi bitirib. 1956-1961-ci illərdə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil alıb. Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda baş laborant, 1976-cı ilə qədər baş elmi işçi vəzifələrində işləyib.

O, 1964-cü ildə elmlər namizədi, 1984-cü ildə isə elmlər doktoru adını alıb. 1976-cı ildən BDU-nun Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında dosent, 1985-cı ildən isə professor vəzifəsində çalışıb. 2014-cü ildən BDU-nun məsləhətçi professoru olan Camali Məmmədxanov 100-ə yaxın elmi məqalənin müəllifi idi. Onun rəhbərliyi ilə 13 elmlər namizədi, 3 elmlər doktoru yetişib.

BDU rəhbərliyi və kollektivi professor Camali Məmmədxanovun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media