logo
Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına başsağlıqları gəlməkdə davam edir

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına başsağlıqları gəlməkdə davam edir

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına başsağlıqları gəlməkdə davam edir Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına başsağlıqları gəlməkdə davam edir

"Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Milli Məclisin ünvanına başsağlıqları gəlməkdə davam edir.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edərək, baş vermiş dəhşətli qəzadan kədərləndiklərini bildirib, xalqımıza və qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veriblər.

Həmçinin, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın, Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emomalinin, Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanovun, Monteneqro Parlamentinin sədri Andriya Mandiçin, MDB PA Şurası Katibliyinin Milli Məclis sədrinə ünvanladıqları məktublarda təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verilib, yaralıların tezliklə sağalmalarını diləyiblər.

Bundan başqa, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının sədri Xuan Esteban Lazo Hernandes özlərinin sosial şəbəkələrdəki səhifələrindən paylaşımlar edərək, bu çətin günlərdə xalqımızla həmrəyliklərini ifadə ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media