logo
Dövlət televiziyasının rəhbəri məktəblilərlə görüşəcək

Dövlət televiziyasının rəhbəri məktəblilərlə görüşəcək

Dövlət televiziyasının rəhbəri məktəblilərlə görüşəcək Dövlət televiziyasının rəhbəri məktəblilərlə görüşəcək

“Məktəbdə...” layihəsinin növbəti görüşü dekabrın 25-də paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov olacaq.  

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media