logo
Quba Rayon İcra Hakimiyyətinin başçısı Mediasiya Şurasının rəhbərliyini qəbul edib

Quba Rayon İcra Hakimiyyətinin başçısı Mediasiya Şurasının rəhbərliyini qəbul edib

Quba Rayon İcra Hakimiyyətinin başçısı Mediasiya Şurasının rəhbərliyini qəbul edib Quba Rayon İcra Hakimiyyətinin başçısı Mediasiya Şurasının rəhbərliyini qəbul edib

Mediasiya Şurası nümayəndə heyətinin Quba şəhərinə səfəri baş tutub. Səfərdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, mediasiya təşkilatı rəhbərləri və mediatorlar iştirak edib.

innews.media xəbər verir ki, səfər çərçivəsində Mediasiya Şurasının üzvləri ilk olaraq ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib. Daha sonra nümayəndə heyəti Quba Şəhər İcra Başçısı İlqar Mahmudov ilə görüşüb.

Görüş zamanı Quba Rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan islahatların Quba rayonunda yüksək səviyyədə icra edilməsi ilə bağlı fikirlərini və rayonda görülən işləri diqqətə çatdırıb və qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Mediasiya Şurasının fəaliyyəti və Quba rayonunda mediasiya təşkilatının fəaliyyətə başlaması təqdirəlayiq işdir. O, qeyd edib ki, Quba 1 saylı mediasiya təşkilatının fəaliyyətinə İcra Hakimiyyəti tərəfindən xüsusi diqqət var və təşkilatın üzərinə düşən fəaliyyətin həyata keçirilməsi üçün təşkilatla əməkdaşlığa hər cür şərait yaradılıb.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova səmimi qəbul üçün və Mediasiya Şurasının, Quba 1 saylı MT-nın fəaliyyətinə verdiyi dəstək üçün xüsusi təşəkkür edib. Nadir Adilov mediasiya sahəsində görülən işlər barədə Quba Rayon İcra başçısı İlqar Mahmudova məlumat verib, görülən işləri diqqətə çatdırıb. N. Adilov qeyd edib ki, bütün mediasiya təşkilatlarının rəhbərlərinə tövsiyə edilib ki, işlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətə uyğun olaraq yerli icra hakimiyyətləri və yerli qurumlarla əlaqələndirilmiş əməkdaşlıq şəraitində qursunlar. Bu əməkdaşlıq ümumi dövlət siyasətinin həyata keçirilməsi üçün çox zəruridir.

Görüş çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi hazırlanmış xalça portreti Quba Rayon İcra Hakimiyyətinə ümummilli liderin xatirisinə ehtiram və hörmət əlaməti olaraq hədiyyə edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media